Qorxmaz vətən oğlu-Tofiq Hüseynov

Tofiq müəllimi şəxsən tanıyanlar bilir ki, mühari-bələrdən, qan-qadalardan uzaq, sülhsevər bir insan idi. Yaşadığı və bütün varlığıyla bağlı olduğu doğma kəndində övladlarımızın yoluna­ çıraq olacaq peşə yönümü pedaqoji fəaliyyət­ lə məşğul olurdu. Onun fəaliyyətinin­ qayəsini Vətənin müdafiəsi istiqamətində tədbirlər təşkil edirdi.

Tofiq gənclərimizə Və­tən sevgisini, torpaq mə­həbbətini tükənməz həvəslə təlqin edir, yeniyetmə oğul övladlarımız üçün kişilik məktəbinin təməlini qoyur, qeyrət, ləyaqət, təəssüb meyarlarının göz açdıqları diyardan başladığını böyük şövqlə aşılayırdı.

Tofiq hədsiz təvazökarlığından gördüyü işlərin başqasının adına çıxarılmasına sanki belə də olmalıymış kimi yanaşar: «Mənə Vətəni qorumaq lazımdır, yalançı ad-san, şöhrət yox»- deyərdi. Hər kəsin yadında 38 yaşında əbədiləşən, sevgilə xatırlanan Tofiqi xatırlamağı və xatırlat-mağı özümə borc bilirəm.

Fəxr edirəm ki, qəhrəmanı şəxsən tanımaq, sağlığında görüşüb onunla həmsöhbət olmaq mənə də qismət olub.
Əgər: «şəhid ruhu həmişə başımızın üstündədir»- deyənlər haqlıdırsa, inanıram ki, indi Tofiq Hüseynov cəmiyyətimizə nümunə göstərilən övladlarıyla fəxr edir.

1981-ci ildə onu Əsgəran Xalq Maarif Şöbəsinə hərbi inspektor təyin etmişdilər. Həmyerlilərinin dediyinə görə atası Mirsiyab kişi və anası Minəş xanım lap körpəlikdən Tofiqə el-obaya, halal zəhmətə, torpağa, insanlara məhəbbət hissini aşılamışdılar. 1988-ci ildən Xocalı müntəzəm separatçıların, sonralar isə işğalçı yaraqlıların hücumuna məruz qaldı. Xocalıda hərbi sahəni başqalarına nisbətən daha yaxşı bilən Tofiq kəndin müdafiəsinin, əhalinin təhlükəsizliyi-nin təmin olunmasının cavabdehliyini böyük məsuliyyət hissilə öz öhdəsinə götürmüşdü. Bu səbəbdən də Xocalıda yaradılan ilk Özünümüdafiə Batalyonunun təşkili məhz onun adı ilə bağlıdır.
Tofiq Hüseynovun nüfuzu və bacarığı yaşayış mən­ təqələrinin­ qorunmasının komandanı kimi ağır işi çiyinlərinə götürməsinə imkan verirdi. Beləcə o, qanlı-qadalı döyüş meydanına atıldı. Tofiq Hüseynov şəhid olan günə qədər uğurlu gizli kəşfiyyat əməliyyatlarının, tədbirli hücumların həyata keçirilməsinə, tamamilə mühasirədə olan Xocalının müdafiəsi işinə rəhbərlik etdi.

Tofiqin göstərdiyi fövqəladə şücaəti ona «Mixaylo» ləqəbini qazandırdı. «Mixaylo» həm də onun adının düş-məndən gizli saxlanılması üçün düşünülmüş təxəllüs idi. O vaxtlar tez-tez bu cür məlumatlar yayılırdı: «İşğalçı və separatçı erməni quldurları Noraguğ kən-dindən Xocalını davamlı top atəşinə tuturlar. Tofiq həmin yeri müəyyənləşdirərək erməni qurğularını məhv edib.»

«Meşəli kəndinə hücum edən ermənilərə qarşı mübarizə-də Tofiq Hüseynov neçə-neçə erməni yaraqlısını məhv edib.» «Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası, «Alazan» qurğusu partladılmış, quldur və terror yuvasına çevrilmiş köhnə ferma darmadağın edil-mişdir. Tofiq Hüseynov on erməni yaraqlısını əsir götür-müşdür.»

Məhz bu əməliyyatdan sonra qəhrəmana mayor rüt-bəsi verildi. Onun adı dildən-dilə düşüb bütün Qarabağda tanındı. Erməni narsistləri «Mixaylo»nun kimliyini müəyyən edib, imkan düşən kimi nəyin bahasına olursa olsun, onu ara-dan götürməyi düşünürdü. Ondan əmanət qalmış övladları həm atasızlığın, həm də anasızlığın çətinliyinə, həsrətinə, nisgilnə dözdülər. Təbii, dövlətimiz onlara lazımi diqqət, qayğı göstərib Milli Qəhrəman övladları kimi bütün imtiyazlı güzəştlərlə təmin edib. Lakin dirəyi qızıldan olanların belə ata-anasız, xüsusilə şəhid olmuş valideynlərsiz, hələ üstəlik Vətənsiz böyüməsi heç də asan deyildi. Amma onlar qəhrəman ata-larının adını daim yüksək tutub, ali təhsil alıb uğur qazan-dılar, od-ocaq sahibi oldular...

Hər kəs kimi Qarabağın azadlığına sevinsələr də hələ gözləri yolda, qəlbləri intizarda Xocalıya gedən yolların açılacağı ümidilə yaşayırlar. Bu gün Şəhidlər Xiyabanını özünə əbədi mənzil seçən atalarının məzarını ziyarət et-dikləri kimi baba-nənələrinin, əmisinin və onlara bu dün-yanı bəxş edib, bu qətliamda həyata əbədi əlvida deyən analarının müqəddəs ruhu dolaşan torpağın həsrətində-dilər. Güman edirəm ki, o gün çox da uzaqda deyil.
İnşallah, gün gələr Xocalılar öz yurd-yuvalarına qayı-danlar və bu zaman həm Tofiqin, həm də Xocalı qurbanla-rının ruhu şad olar. İgid qardaşımız, əyilməz qəhrəman Tofiq Hüseynovun xatirəsi Azərbaycan xalqı yaşadıqca yaşadılacaqdır.

Kərim Kərimli jurnalist

P.S. Yazı Soyqırım həqiqətlərinin tanıdılması İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar yerlərdə maarifləndirmə tədbirlərinin təşkili" layihə əsasında çap olunur