Qüdrət Həsənquliyev: “Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında Fransa Senatında senatorların erməni separatçılarını qəbul edilməsinə etirazını bildirdi. “Niyə Dnestryanı, Cənubi Osetiya, Abxaziyadan olan separatçıları niyə qəbul etmirsiniz? Ləyaqət davası edən ölkə bu cür ləyaqətsizliyi özünə necə sığışdırır?”, - deputat sual etdi.

Q.Həsənquliyev bildirdi ki, Fransa 44 günlük savaşda minlərlə gəncin tökülən qana görə məsuliyyət daşıyır: “Fransa Minsk Qrupunun üzvü kimi açıq-aşkar Ermənistana, işğalçı dövlətə dəstək olur. Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir. Azərbaycan Fransanın Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasına çalışmalıdır. Mən hər cür təhqirin və zorakılığın əleyhinəyəm. Sadəcə, baş verənlər Fransanın yürütdüyü siyasətin nəticəsidir. Ermənilərə müsbət münasibəti olan bu ölkənin Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək. Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”.