Ramil Orucov vətəndaşların fərdi qəbulunu keçirib

Ramil Orucov bir qrup Vətən müharibəsi qaziləri və iştirakçılarını, eləcə də digər şəhər sakinlərini qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Müraciətlər arasında məşğulluq, təhsil, sosial, hüquqi və tibbi yardım kimi məsələlər üstünlük təşkil edib.

Vətəndaşlara etdikləri xahiş və müraciətlərlə bağlı müvafiq köməklik göstərilib.

Vətəndaşlar onların problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.