Rasim Balayev ittifaqın sədrliyinə namizədliyini irəli sürdü

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib.

Sabahinfo.az xəbər verir ki, İttifaqa yeni üzvlər qəbul olunub.

Bundan əlavə, AKİ və ARKİ-nin birləşməsinə dair qurultay məsələləri müzakirə olunub.

Birləşmiş ittifaqın sədrliyinə namizəd yekdilliklə Xalq artisti Rasim Balayev göstərilib.