"Real" Rodriqo ilə müqaviləni uzatdı

"Real" futbolçusu Rodriqo Qoes ilə müqaviləni uzadıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Tərəflərin sözləşməsi 2028-ci ilə qədər uzadılıb. Futbolçunun yeni müqaviləsində göstərilən təzminat məbləği 1 milyard avrodur.