Regionlarda erkən nikahlarla mübarizəyə dair maarifləndirici seminarlar keçirilmişdir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi tərəfindən icra olunan “Regionlarda erkən nikahlar: reallıqlar və perspektiv inkişaf  təşəbbüsləri ilə bağlı tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində 4 regionda maarifləndirici seminarlar keçirilmişdir.

İlk tədbir Salyan rayonunda 30 nəfər yerli icra, aidiyyətli qurum, ailə, qadın və uşaq problemləri ilə məşğul olan təşkilatlar, səhiyyə, təhsil, gənclər və idman, KİV, hüquq-mühafizə orqanları və QHT-lərin iştirakı ilə keçirilmişdir. Seminarların açılışında SQPR İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri Gülnarə Bağırova, layihənin eksperti Asif Əsgərli çıxış edərək regionlarda gənclər arasında ailənin, nikahın əhəmiyyəti, onun qorunması, möhkəmləndirilməsi məqsədilə erkən nikahların mənfi nəticələrilə mübarizə və maarfləndirmə sahəsində atılacaq addımları qeyd etdilər. Seminarda iştirak edən rayon rəsmiləri erkən nikahların tibbi, sosial, mənəvi, hüquqi və digər mənfi fəsad və nəticələrini bildirərək, bu sahədə dövlət qurumları ilə yanaşı ictimaiyyətin də geniş mübarizə aparmasının vacibliyini vurğuladılar. Bu sahədə davamlı fəaliyyət üçün təkmilləşdirmə üzrə tövsiyyə və təkliflərin hazırlanması təklif edildi.

Layihənin fəaliyyət planı və qrafikə uyğun növbəti maarifləndirici seminarlar ardıcıllıqla hər birində 30 nəfər yerli nümayəndə olmaqla Biləsuvar, Ağdaş və  Göyçay rayonlarında təşkil olundu. Hər bir seminarda erkən nikahlarla mübarizədə maarifləndirici tədbirlərin təşkili sahədə müvafiq qurumlarla vətəndaş cəmiyyəti təsisatları və digər geniş ictimaiyyətin birgə əməkdaşlıq etməsi bildirildi.

Seminarların sonunda erkən nikahlarla mübarizə sahəsində dayanılı və səmərəli təsir mexanizmləri, müdafiə sistemləri, eləcə də mövcud sistemdəki boşluqların yeni vasitələrlə aradan qaldırılması üçün vasitə və metodlarının hazırlanması da vurğulandı.