Rəşad Mahmudov qəbul keçirdi, seçicilərinin problemləri ilə maraqlandı

Astara rayonu 77 saylı seçki dairəsinin deputatı, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Hamoşam kəndində seçiciləri ilə görüş keçirib. Deputat seçicilərin səsləndirdiyi problemlərlə yaxından maraqlanıb, onların arzu və təkliflərini dinləyib. Həmin problemlər içərisində məntəqədə Tibbi xidmətdə kadr çatışmazlığı ön plana çəkilib. Qeyd olunub ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tətbiq olunan mərkəzləşdirmə yəni, problemlərin bölgələrdəki mərkəzi xəstəxanalarda həll olunmasının ucqar dağ kəndləri üçün bir sıra çətinliklər yaratdığı vurğulanıb. Şübhəsiz ki, təcili yardım maşınlarının gec saatlarda dağ kəndlərinə gəlib çatması qeyri-mümkün olur. Buna görə də ucqar dağ kəndlərində orta tibb personal ştatlarının artırılması, bölgələrdə tibbi xidmətin təşkilinə görə TƏBİB və digər aidiyyəti qurumlara müraciət olunaraq adıçəkilən problemlərin həllinə nail olunmaq qərara alınıb.

Bundan başqa, seçicilər son 6 aydaPoçt xidmətlərinin iqtisadi rentabelli olmadığına görə ləğv olunması məsələsindən narahatlıqlarını ifadə ediblər. Sakinlər problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara və regional mərkəzlərə müraciət edildiyini bildirsələr də, müsbət nəticə ala bilmədiklərini söyləyiblər. Deputat seçicilərin təklifi ilə bağlı yaxın ərazi vahidi olanƏsnəxəkaran poçt əməkdaşlarının həftənin 2-3 gününü Hamoşam kəndində fəaliyyət göstərməsi məsələsinə dəstək verilməsi üçün Azərpoçta müraciət ünvanlanacağını qeyd edib.

7000 dən çox əhalisi olan yerdə digər bir məsələ isə ödəniş terminalları (Bankomat) xidmətlərinin olmaması olub. Qeyd edilib ki, kart hesabından nağd pul vəsaitlərinin çıxarılması, kommunal və digər xidmətlər ödəmək üçün, nağdsız hesablaşmalar aparmaq üçün ən yaxın məntəqə olan Pensər kəndinə insanlar 25 kilometrə qədər dağlardan aşağı enərək gəlmək məcburiyyətində qalırlar.

Milli Məclisin deputatı R. Mahmudov həm bankomat xidmətləri, həm də "Emanat" və "Milliön" kimi terminalların da kəndə gətirilməsi ilə bağlı əlaqədar qurumlara həm sosyal mediadan, həm də məktubla müraciət edəcəyini seçicilərin diqqətinə çatdırıb. Olduqca maraqlı keçən görüşdə seçicilər məmnunluqlarını bildirərək səmimi qəbula görə deputata təşəkkür ediblər.