"Rusiya gündə Baxmutda 500 əsgərini itirir" - Reznikov

Rusiya böyük itkilər verərək Baxmut yaxınlığında hücumunu davam etdirir.

"Unikal" xəbər vereir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Almaniyanın "Bild" qəzetinə müsahibəsində deyib.  

"Ruslar bu ləng hücuma 6 ay əvvəl başlayıb və biz bunu 6 aydır davam etdiririk. Rusiya hər gün təxminən 500 əsgərini itirir", - Reznikov deyib.

Alman nəşrinin jurnalisti dərhal Müdafiə Nazirliyinin rəhbərindən Ukrayna ordusunun gündə, xüsusən də Baxmutun müdafiəsi zamanı nə qədər itki verdiyini soruşub. Lakin Reznikov birbaşa cavabdan yayınıb.