"Rusiya Qərbin aktivlərini müsadirə edə bilər" - Peskov

Dmitri Peskov ABŞ-nin G7 qrupuna Rusiyanın 300 milyard dollarlıq aktivlərinin müsadirə edilməsi təklifini şərh edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlayıb. 

"Qərb ölkələrinin oxşar hərəkətlərinə cavab olaraq Rusiyanın ələ keçirə biləcəyi aktivlərin siyahısı mövcuddur. Rusiya buna cavab olaraq Qərbin aktivlərini müsadirə edə bilər", - deyə diplomat qeyd edib.