"Rusiya uduzarsa, Avropa tarixi şans qazanacaq" - Zelenski

Rusiya müharibəni uduzduqdan sonra Avropanın Skandinaviyadan Cənubi Qafqaza qədər bütün xətt boyunca geosiyasi sabitliyi təmin etmək üçün tarixi şansı olacaq.

Sabahinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ekspedisiya Qüvvələrinin Qotland sammitinin iştirakçılarına onlayn müraciətində bildirib.