Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 600-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 491 təyyarəsi, 250 helikopteri, 7919 PUA-sı, 441 zenit-raket kompleksi, 12 673 tank və digər zirehli texnikası, 1163 reaktiv yaylım atəş sistemi, 6788 artilleriya və minaatanı, 14 356 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.