"Rusiyada sabitlik Azərbaycanın dövlət maraqlarına cavab verir" - Deputat

"Rusiyada əsasən cinayətkarlardan ibarət silahlı dəstələr qanuni hakimiyyətə qarşı qiyam qaldırıb. Eynən bizdə 1993-cü ildə Surət Hüseynovun qaldırdığı qiyam kimidir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

"O bildirib ki, Rusiya bizim strateji tərəfdaşımız və böyük qonşumuzdur:

"1993-cü ildə Rusiyanın sərgilədiyi mövqedən fərqli olaraq biz qiyamı pisləməli, qanuni hökumətə öz dəstəyimizi ifadə etməliyik. Rusiyada sabitlik Azərbaycanın dövlət maraqlarına cavab verir. Orada 2 milyon azərbaycanlı, türk xalqları, 10 milyonlarla müsəlman yaşayır. Çox istərdi ki, qanuni hökumət qardaş qanı axıtmadan danışıqlar yolu ilə qanunsuz silahlı dəstələri, qiyamçıları tərkisilah etsin".