"Sabah Azərbaycanda tarixi gündür" - Məzahir Pənahov

Sabah Azərbaycanda tarixi gündür.

Sabahinfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, sabahkı seçkilərin Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətlidir: “İlk dəfə Azərbaycan seçiciləri suveren Azərbaycanın ərazilərinin hamısında səsvermədə iştirak edəcək. Həmin ərazilərdə etnik təmizləməyə məruz qalan seçicilərimiz başqa ərazilərimizdə səs verirdilər. Azərbaycan Ordusu bütün ərazilərimizdə suverenliyimiz bərpa edildikdən sonra bütün bu ərazilərdə səsvermə keçirəcəyik. Orada 26 məntəqə yaratmışıq.