Sabahdan Milli Məclisin yaz sessiyası başlayır

Sabah Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.

Sabahinfo.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Milli Məclisin yaz sessiyasının ilk iclasında Hesablayıcı Komissiya və İntizam Komissiyası formalaşdırılacaq.