Sabunçuda görüş

YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsi 21 ünvanında partiya fəalları ilə görüşüb. Görüşdə çıxış edən Araz Xudadanov tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda keçirilmiş YAP-ın VII qurultayının Partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasının qoyulmasından, qurultayda qəbul edilən qərarların partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi, ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətli olmasını qeyd edib. Qeyd olunub ki, bu günlər xalqımız torpaqlarımızın işğaldan azad olunmasının, suveren hüquqlarımızın bərpa edilməsinin sevincini və qürurunu yaşadığı zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır, müasir tələblərə cavab verən infrastruktur layihələr həyata keçirilir. Daha sonra çıxış edən millət vəkili Əliabbas Salahzadə qeyd edib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tarixi Zəfərimiz və suveren hüquqlarımızın bərpası isə bu gün uğurlu siyasətin zirvəsidir.