“Şaxtyor” millimiz üçün Antalyaya yollandı

Milli komandamızla yoxlama görüşündə üz-üzə gələcək Ukrayna "Şaxtyor”u təlim-məşq toplanışının 3-cü mərhələsinə start verib.  Donetsk təmsilçisi bu gün səhər Kiyevdən Antalyaya yola düşüb. 
Baş məşqçi Mirça Luçesku Türkiyəyə 26 futbolçu aparmağı məqsədəuyğun bilib. Rumıniyalı mütəxəssis aparıcı futbolçuların hamısını heyətə daxil edib. Həmin heyətdə aşağıdakı futbolçular yer alıb:
 Qapıçılar: Andrey Pyatov, Anton Kanibolotski, Rüstəm Xudzamov, Boqdan Sarnavski
Müdafiəçilər: Dario Srna, Vyaçeslav Şevçuk, Aleksandr Kuçer, Yaroslav Rakitski, Sergey Krivçov, Aleksandr Volovik, İvan Ordets, İsmaili, Marsio Azevedo
Yarımmüdafiəçilər: Taras Stepanenko, Vellinqton Nem, Fred, Bernard, Marlos, Fernando, Duqlas Kosta, Tayson, Aleks Teyşeyra, İlsinyo, Dentinyo
Hücumçular: Luiz Adriano, Aleksandr Qladki 
Qeyd edək ki, Azərbaycan – "Şaxtyor” oyunu fevralın 24-də keçiriləcək.