Səbinə Xasayeva şəhid ailələrinə ziyarətini davam etdirir

Yanvar ayının ötən günlərində Vətən müharibəsinin bir qrup qazi və şəhid ailələrinə dəstək olmaq məqsədilə onları ziyarət edən Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonunun Xocəsən qəsəbəsində yaşayan daha iki şəhid ailəsinə baş çəkib.

Millət vəkili şəhid valideynləri ilə söhbət edib, onların gündəlik qayğı və problemləri ilə maraqlanıb, qaldırdıqları problem və məsələlərin həll edilməsini nəzarətdə saxlayacağını bildirib.

Şəhid ailələri göstərilən daimi diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına  və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Binəqədi rayon icra hakimiyyəti başçısının Xocəsən qəsəbəsi inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev və Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak etmişlər.

Milli Məclisin deputatı Səbinə Xasayeva  şəhid ailələrinə ziyarətini bundan sonra da davam edirəcək.