Şəhid ailələri və müharibə iştirakçıları İlham Əliyevin Mehriban Əliyevanın daim diqqət mərkəzindədir

Şəhid ailələri və müharibə iştirakçıları Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.

Cənab Prezidentin diqqət və qayğısı nəticəsində ölkəmizdə şəhid ailələrinin və əlillik təyin edilmiş edilmiş müharibə iştirakçılarının mənzil şəraitlərinin yaxşılaşdırılması, onların işlə təmin olunması, reabilitasiya mərkəzlərində müalicələrinin davam etdirilməsi, müharibədə xəsarət almış müharibə iştirakçılarına qanunvericiliyin tələblərinə uyğun olararaq əlillik təyinatının aparılması hər zaman prioritet istiqamətlərdən olmuş və bu gün də uğurla davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xəsarət almış müharibə iştirakçılarının müvafiq səhiyyə müəssisələri tərəfindən göndərilmiş göndəriş əsasında sağlamlıq imkanlarını araşdırır və qanunvericiliyin tələblərinə uyğun olaraq qərarlar qəbul edir. 

Mən 44 günlük Vətən müharibəsi zamanı noyabr ayının 9 da Xocavənd rayonu uğrunda gedən döyüşdə yaralanmışam. Müvafiq səhiyyə ocaqlarında müxtəlif vaxtlarda müalicə almışam. Sağlamlığımın tam bərpa olunmadığını görən həkimlərin məsləhəti ilə sənədlərim səhiyyə müəssisəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Agentliyin hərbi həkim komissiyası tərəfindən əyani müayinə olunduqdan sonra mənə Azərbaycan Respublikasının ərazi bütövlüye, müstəqilliyi və Konstitusiyasının müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. Agentlik əməkdaşlarının mənə göstərdiyi diqqət və qayğının yüksək səviyyədə olduğunu deyə bilərəm. İstər Agentliyin rəhbərliyi, istər digər əməkdaşları bir müharibə iştirakçısı kimi mənə xüsusi həssaslıqla yanaşmış və əyani müayinədən sonra əlillik təyinatı ilə bağlı müvafiq qərar veriləcəyini bildirmişlər. Doğrudan da mənə necə bildirilmişdisə elə də oldu. 

Mənə göstərilən diqqət və qayğıya görə ilk növbədə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Əlillik təyinatımın vaxtında həyata keçirildiyinə görə, müalicələrimin bundan sonra da davam etdirilməsi üçün atılan addımlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev başda olmaqla Agentliyin rəhbəri Anar Bayramova, Agentliyin sədr müavini Ramin Rzayevə, Agentliyin əməkdaşlarına, həkim komissiyasının üzvlərinə təşəkkürümü bildirir, çətin və məsuliyyəti işlərində uğurlar arzulayıram.

Ehtiyatda olan baş leytenant
Vətən müharibəsi qazisi
Zamiq Mənsimli