Şimşək çaxıb, qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin iyunun 8-də axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Gəncədə 3 mm, Lerikdə 2 mm, Lənkəran, Astara, Göygöl, Yardımlıda 1 mm-dək olub.

Daşkəsən, Göygöl, Qax, Qrız, Lerikdə duman müşahidə olunub.

Bakıda və Abşeron yarımadasında 27 dərəcəyədək isti, Naxçıvan MR-da 32 dərəcəyədək isti, dağlıq rayonlarda 13-17 dərəcə isti, aran rayonlarında 29 dərəcəyədək isti olub