Var gücü ilə “Sərhədçi”

Azərbaycanda ilk dəfə qol güləşi üzrə Dünya çempionatı keçirilib.

“Sabahinfo.az” xəbər verir ki, mundialın açılış mərasimində əvvəlcə yarışda iştirak edəcək ölkələrin paradı olub. Açılış mərasimində Beynəlxalq Qol Güləşi Federasiyasının prezidenti Anders Aksklo və Azərbaycanın Gənclər və İdman naziri Fərid Qayıbov çıxış ediblər. Sonra dünya çempionatı açıq elan edilib.

Dörd gün ərzində 30-dan çox ölkənin müxtəlif yaş kateqoriyalarından olan 400-dən çox idmançının iştirak etdiyi çempionatda Azərbaycan Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Mərkəzinin qol güləşi üzrə idmançıları Azərbaycanda keçirilən Dünya çempionatında 2 qızıl (Ülvi Əliyev və Toğrul Şahlarlı), 1 gümüş (Əli Abbasov), 1 bürünc (Şöhrət Vəlizadə) medal qazanıblar.

Qeyd edək ki, idmançılarımızı çempionata təcrübəli məşqçi İbad Novruzov hazırlayıb.

Bu böyük uğur münasibətlə Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Mərkəzinin rəhbərliyini və idmançılarımızı təbrik edirik.

Elnarə Həziyeva