"Suverenliyimizin bərpa edilməsi qarşımızda yeni çağırışlar yaradıb" - Ziyafət Əsgərov

"Antiterror tədbirlərindən sonra ölkəmiz qarşısında yeni çağırışlar yaranıb. Bu çağırışlar müdafiə və təhlükəsizlik sahəsini də əhatə edir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən büdcə müzakirəsində parlamnetin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, müdafiə və hüquq-mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların müvafiq texniki təminatının daha da yaxşılaşdırılması, azad olunan ərazilərdə müdafiə və müfahizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı vəsait gələn ilin dövlət büdcəsində nəzərə alınıb.

Z.Əsgərov vurğulayıb ki, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizlik gücləndirilməsi üçün gələn ilin büdcəsində 6, 4 milyard manat vəsait ayrılacaq, bu da bu illə müqayisədə 366 milyon manat, yəni 6 % çoxdur.