Təhsil Nazirliyinin 11 saylı inteqrasiya təlimli internat məktəbində tədbir keçirilib

Təhsil Nazirliyinin 11 saylı inteqrasiya təlimli internat məktəbində xüsusi qayğıya ehtiyacı olan 3-18 yaşında uşaqlar yaşayır və təhsil alır. Avqustun 26-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı Vəkil Bürosunun kollektivi Azərbaycan Respublikasının Birinci xanımı, vitse prezident Mehriban Əliyevanın doğum günü münasibətilə internat məktəbini ziyarət edib. Büronun rəhbəri Telman Qasımov bildirib ki,bu təhsil ocağına ziyarətimiz çox uğurlu keçdi. "Uşaqlarla birlikdə hörmətli Mehriban xanım Əliyevanın doğum gününü böyük coşqu ilə qeyd etdik. Uşaqlar üçün təxminən 3000 AZN dəyərində pal-paltar, həmçinin digər zəruri tələbat malları internata ianə olaraq təhvil verdik."

Tədbir rəqslərlə və Mehriban Əliyevanın doğum günü ilə münasibətilə hazırlanmış tortun kəsilməsi ilə davam edib. Sonra qonaqlar uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar və onlarla birlikdə nahar ediblər.Məktəbin direktoru Gülnarə Abdullayeva uşaqlara yaradılan şərait və Mehriban Əliyevanın məktəbə göstərdiyi qayğı və bu ocağı ziyarət etməsi barədə məlumat verib.

Qeyd edək ki, tədbirdə Kollegiyanın rəyasət heyətinin üzvü Qadın vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova olmaqla Büronun 20 vəkili iştirak edib