Tokayev Bakıya bu tarixdə GƏLƏCƏK 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri 11-12 mart tarixlərində olacaq.

Sabahinfo.az xəbər verir ki, o, Bakıdan Füzuliyə gedəcək və səfər çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edəcək.

Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.