Türk qırıcıları İraqda 16 hədəfi məhv etdi

Türkiyə Hərbi Hava Qüvvələri İraqın Metina, Qara, Hakurk və Asos bölgələrində növbəti əməliyyat keçirib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, əməliyyat nəticəsində 16 hədəf məhv edilib, xeyli sayda terrorçu da zərərsizləşdirilib.