Türkiyə İsveçin NATO-ya üzvlüyünü müzakirə edəcək

Oktyabrın 31-də Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Sabahinfo.az xəbər verir ki, toplantı Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq.

İclasda Yaxın Şərqdəki durum, o cümlədən İsraillə HƏMAS arasında davam edən müharibə müzakirə olunacaq. Həmçinin, İsveçin NATO-ya üzvlüyü barədə fikir mübadiləsi aparılacaq.

Hökumət üzvləri gündəlikdəki digər məsələləri, o cümlədən inflyasiyanı da müzakirə edəcəklər.