Türkiyədə 8 ölkənin iştirakı ilə hərbi təlimlər keçirilir

Türkiyənin Qars əyalətində 8 ölkənin hərbçilərinin iştirakı ilə “Qış-2023” adlı hərbi təlim keçirilir.

Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təlimlər Türkiyə Silahlı Qüvvələrinin 14-cü motoatıcı briqadasının bazasında üçüncü ordu korpusunun komandanlığı altında keçirilir.

Kosovonun müdafiə naziri Armend Mehaj bəyan edib ki, təlimin məqsədi hərbi əməliyyat zamanı əməkdaşlığı inkişaf etdirmək, koordinasiyanı təmin etmək, hərbi hissələrin döyüş hazırlığını yoxlamaq, atəş və manevr sinxronizasiyasını, dislokasiyanı, silah-sursatla təmin etməkdir. 

Qeyd edək ki, təlimdə Azərbaycan hərbçiləri də iştirak edirlər.(unikal)