Ukrayna ordusu bir gündə üç mindən artıq Rusiya hərbçisinin öldürüldüyünü açıqladı

“Fevralın 24-dən martın 3-nə qədər Rusiya qoşunlarının Ukraynada şəxsi heyət baxımından itkilərinin sayı təxminən 9 min nəfər təşkil edib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, döyüşlər zamanı Rusiya ordusunun 30 döyüş təyyarəsi, 31 helikopteri, 217 tankı, 900 zirehli maşını, 90 artilleriya sistemi, 11 HHM sistemi, 42 reaktiv yaylım atəş sistemi, 60 sistern, 3 kəşfiyyat PUA-sı, 2 kateri, 374 avtomobil texnikası məhv edilib.

Qeyd edək ki, ötən gün Ukrayna ordusu Rusiyanın ümumilikdə 5 840 hərbçisinin öldürüldüyünü açıqlamışdı.