"Ulu öndər Heydər Əliyevin zəhmətləri və fədakarlığı heç bir zaman unudulmayacaq"

"Müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin şah əsəridir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik mübarizəmizin uğurla sona çatması üçün Ulu öndər böyük xidmətlər göstərdi:

"SSRİ dağıldıqdan sonra onun Azərbaycan və tərkibində olan dövlətlər öz müstəqilliyini qazandı. O vaxtkı hakimiyyətin səriştəsizliyi və siyasi bacarığının olmaması nəticəsində Azərbaycan ağır vəziyyətə düçar olmuşdu. Məhz həmin dövrdə ümummilli liderimiz Heydər Əliyev həm özünün həm də ailəsinin həyatını təhlükəyə ataraq xalqının köməyinə gəldi. Heydər Əliyev siyasi idarəsi və yüksək liderlik qabiliyyəti ilə yenidən Azərbaycanın əsarət altına düşməsini əngələdi. Deyərdim ki, ulu öndərin vətəninə və millətinə olan sevgisi ölkəmizi bütün bəlalardan qorudu. Ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdışı xalqımızı və vətənimizi böyük bəlalardan qurtardı. Ulu öndər Heydər Əliyev xalqın arzusu ilə hakimiyyətə geri qayıtdıqdan sonra Azərbaycanın sürətli inkişafı üçün bütün şəraitlər yaradıldı. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin bütün sahələrin inkişaf etməsinə nail oldu. Xüsusilə də bu gün möhtəşəm zəfəri bizə yaşadan ordu quruculuğuna sahəsində. Heydər Əliyevin dövlətimiz və xalqımız üçün etdiyi o qədər böyük, saysız-hesabsız işlər var ki, bunları saymaqla bitirmək olmaz. Ulu Öndərimizin ictimai, siyasi, mədəni və digər sahələrdə apardığı uğurlu işlər güclü, qüdrətli Azərbaycan naminə görülən işlər idi. Heydər Əliyev dünya dövlətlərinin hesablaşacağı, əməkdaşlıq etməyə səy göstərəcəyi güclü bir Azərbaycan dövləti yaratmış oldu".

Deputat vurğulayıb k, bu gün ulu öndər Heydər Əliyevin bizi möhtəşəm qələbəyə aparan siyasəti cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Cənab Prezident İlham Əliyevin apardığı siyasət sayəsində ölkəmiz daha da qüdrətlənir. Ali Baş Komandan İlham Əliyev atasına və xalqına verdiyi sözü tutaraq 30 ildən sonra torpaqlarımızın işğaldan azad olunmasına nail oldu. Bu gün Azərbaycan regionda söz sahibi olan güclü dövlətdir. Əminəm ki, ulu öndər sağ olsaydı layiqli davamçısı cənab İlham Əliyevlə qürur duyardı".

Sonda deputat Azərbaycan var olduqca ulu öndər Heydər Əliyevin xatirəsinin daim yaşayacağını da qeyd edib:

"Ulu öndər Heydər Əliyevin zəhmətləri və fədakarlığı heç bir zaman unudulmayacaq. Azərbaycan xalqı var olduqca ümumilli lider Heydər Əliyev dahi şəxsiyyət kimi hər zaman hörmət, sevgi və dərin ehtiramla yad ediləcək".