Ümumxalq sevgisini qazanan Lider

Ağdaş rayonunun Aşağı Ləki və Mürsəl kəndlərində seçicilərlə görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Ağdaş rayonunun Aşağı Ləki və Mürsəl kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, təşviqat qrupunun üzvləri Qalib Həsənov, Vəsilə Məmmədova və Anar Şahmuradov çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasət nəticəsində ölkəmiz davamlı olaraq inkişaf edir. İqtisadi baxımdan güclü dövlətə çevrilən Azərbaycan məhz işğalda olan ərazilərini də öz gücünə azad edib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Ölkəmiz bundan sonra daha da inkişaf etməli və özünün təqrəqqisinə nail olmalıdır.

Natiqlər Azərbaycanın gələcək inkişafı naminə seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.