"Vaqner" yenidən Ukraynaya qayıdır

"Vaqner" terror qruplaşmasının üzvləri yenidən Donetsk vilayətinin Baxmut şəhəri ətrafında cəmləşiblər.

Sabahinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi öz kəşfiyyatına istinadən məlumat yayıb. 

"Çox güman ki, "Vaqner"lilər  Rusiya Müdafiə Nazirliyinin rəsmi qüvvələrinin bölmələrinə və digər PMC-lərə köçürülüb", - Britaniya kəşfiyyatı qeyd edib.

Xatırladaq ki, "Vaqner" PMC-nin yaraqlıları 2023-cü il iyunun 24-də baş vermiş uğursuz qiyamdan və bu təşkilatın lideri Yevgeni Priqojin və digər yüksək rütbəli liderlərin ölümündən sonra Ukraynadakı döyüş əməliyyatlarından geri çəkiliblər.