Vətəndaş Cəmiyyətinə Mingəçevirdən doğan GÜNƏŞ

Azərbaycanda Vətəndaş Cəmiyyəti yeni inkişaf dövrünə qədəm qoyub. Bu inkişaf konsepsiyasında QHT-lərin ixtisaslaşması, təşkilatlanması və ən əsası beynəlxalq müstəvidə ölkəmizi layiqincə təmsil etməsini özündə əks etdirir. Bu istiqamətdə həyata keçirilən müşavirələr, təlim və müzakirələr məqsədə uyğun atılan addımların tərkib hissəsidir.

Zona Müşavirələri

İlk öncə onu qeyd edim ki, QHT sahəsində fəaliyyət göstərən təşkilatların imkanları qeyri-bərabər inkişaf edib. Uzun müddət fəaliyyət göstərmələrinə baxmayaraq hələ də bir sıra QHT yalnız möhür və bir qovluqdan ibarət fəaliyyət istiqamətini seçib. Müəyyən müddətə qədər bu fəaliyyət növü üzrə ara-sıra layihə icra edən Vətəndaş Cəmiyyəti İnstitutları həyata keçirilən təkmilləşdirmə prosesi nəticəsində həm təşkilatlanır həm də fəaliyyət siferasının genişləndirilməsi istiqamətində addımlar atır. Məlumdur ki, QHT siyasətə qarışmır. Ancaq QHT dövlətin həyata keçirdiyi siyasətə dəstək olur. Yerlərdə bu siyasətin vətəndaşlara çatdırılması, vətəndaşların hüquq və azadlıqları o cümlədən sosial yöndə maarifləndirilməsi işini görür. Görülən bu işlər ilk öncə vətəndaşların sivil formada hüquqlarıbı bilməsi, eyni zamanda dövlətin onlara yaratdığı imkanlardan xəbərdar olmasına gətirib çıxarır.

Bu gün yerli qurumların tərkibində yaradılan İctimai Şuralar da vətəndaşla dövlət qurumları araasında körpu rolunu oynayır. Bir müddətə qədər formal yaradılan qurumlar indi öz öhdəliklərini nəzərə alıb fəaliyyətlərində əhəmiyyətli dönüş yaradıblar. Bütün bunlar isə Zona Müşavirələrinin nəticəsidir. Zona müşavirələri regionlarda İctimai Şuraların aktivliyi ilə yanaşı region QHT-lərin fəaliyyətində əhəmiyyətli dönüş yarada bildi. QHT ziyarəti çərçivəsində bu sahə üzrə cavabdeh şəxslərin yerli QHT-lərin ofislərini ziyarət etməsi region QHT-ləri üçün böyük bir stimul olub. Vü düşünürəm ki, belə bir addım region QHT-ləri arasında rəqabəti artıracaq və digər QHT-lər də düzgün inkişaf yolu ilə qarşıya qoyulan məqsədlərin reallaşmasında aktivlik göstərəcəklər.

I İnkişaf və Mübadilə Proqramı

Bu yazını hazırlamaq şəxsi təşəbbüsümdür və bu yazıya görə kim kimdən və heç bir qurumdan göstəriş almamışam. Ötən günlərdə iştirakçısı olduğum Qeyri Hökumət Təşkilatlarının I İnkişaf və Mübadilə Proqramının iştirakçısı oldum. 3 gün ərzində baş tutan proqramda layihələrin yazılışı, beynəlxalq donorlara təqdim olunacaq layihələrin özəllikləri və ən əsası proramda iştirak edən 100-dən artıq QHT ilə fikir mübadiləsi aparmaq imkanı oldu. Bu proqramın həyata keçirilməsi ilə vacib olduğu qədər mühüm əhəmiyyət kəsb edirdi.

Ədalətli seçim əsasında baş tutan təlimdə diqqət çəkən məqamlardan biri də region QHT-lərinin prosesə cəlb olunması, təlimlərin məhsuldar alınması üçün təşkilatçılar və təlimçilər tərəfindən ciddi auranı xüsusi qeyd etmək istərdim.

Prezident Administrasiyasının bu sahə üzrə məsul şəxsləri, başda Vüsal Quliyev olmaqla təlimin gedişi ilə yaxından maraqlanmaları, QHT Agentliyinin icraçı direktoru Aygün Əliyevanın istər təlim istərsə də iştirakçıların hər biri ilə səmimi münasibəti yuxarıda vurğuladığımız kimi yeni dövrün yaranmasında əsas körpu rolunu oynayır. Təlimçilərin sadə və anlaşılan dillə təlimi həyata keçirməsi, təşkilatçıların hər məsələyə həssas və diqqətlə yanaşması sözün əsl mənasında bu zamana kimi iştrak etdiyim təlim sindromunu aşmış oldu.

Proqramın vacibliyi

Həyata keçirilən proqram biz QHT-lərə nə verdi və biz bundan necə yararlanacayıq kimi sualını QHT həmkarlardan heç kim mənə ünvanlamamış özüm-özümə bu sualı verib cavabı sizlərlə bölüşmək istəyirəm. Biz bu proqram çərçivəsində layihə yazmaqda yeni üsulların tətbiqini öyrəndik. Yeni üsul o deməkdir ki, uzun illərdir təşkilatımızın layihələrini yazır, eyni və demək olar ki, standart üsullardan istifadə edirdik. Proqram çərçivəsində qısa, lokonik və tutarlı üsullardan istifadə edərək donor təşkilatda daha çox maraq yaratmağı, irəli sürdüyümüz ideyanı daha dolğun şəkildə donorun diqqətinə çatdırmağı öyrəndik. Bu baxımdan proqram vacib idi. Vacib idi həm də ona görə ki, layihələrə bu cür yanaşmalar QHT-lərin inkişafına gətirib çıxaracaq. Proqram iştirakçıları və eyni zamanda bu proqrama qoşulmayan QHT-lər də bu imkankardan yararlanacaq. Belə ki, təlimdə əldə edilən bilik və bacarıqların daha geniş arenada yayılması üçün şəxsən biz Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyi olaraq bütün QHT-lərə açığıq. İstənilən Vətəndaş Cəmiyyəti bu istiqamətdə bizə müraciət edə bilər.

Proqramın nəticəsi

Üstündən qısa zaman keçməsinə baxmayaraq artıq proqramın müsbət nəticələrini görmək və sezmək mümkündür. Qeyd edim ki, təlim çərçivəsində “A” və “B” Qrupları yaradılmışdı. Ancaq fərqli quruplarda yer almağımıza baxmayaraq 100-dən artıq Vətəndaş Cəmiyyəti İnstitutu ilə daha yaxından tanış olmaq imkanlarımız oldu. Yaradılan vapcap qurupları bu gün öz fəaliyyətini davam etdirir və bu quruplarda müzakirələr həyata keçirilir. Təlimçilərin materialları ətrafında, layihələrin yazılması istiqamətində aparılan müzakirələri də müsbət nəticə kimi dəyərləndirmək olar. Eyni zamanda sosial şəbəkədə bu istiqamətdə paylaşımların olması digər QHT təmsilçilərinin də proqramdan qiyabi tanışlığına vəsilə oldu. Bunun tam məntiqi nəticəsini isə biz növbəti qrant elanlarında görəcəyik.

Sonda isə onu bildirim ki, bəzən bizlər təşəkkür edərkən prosesin üzdə olan simaları yada düşür.  Prosesdə üzdə görünməyən ancaq əziyyətimizin çox hissəsini öz çiyinləri üzərinə götürən Agentlik Əməkdaşlarına da xüsusi təşəkkür edirik.

 

Ədil Ədilzadə

Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin sədri