Vüqar Behbudov  Ağstafa şəhərində vətəndaş qəbulu keçirəcək

Martın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində SosialXidmətlərAgentliyi nin İdarə Heyətinin sədri Vüqar Behbudov  Ağstafa şəhərində Vətəndaş Qəbulu keçirəcək. Qəbulda Ağstafa ilə yanaşı Tovuz rayonunun sakinləri də iştirak edə bilərlər.

Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev) təminatı, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətlər cavablandırılacaq.

 Müraciət etmək istəyən vətəndaşlar martın 15-dək (012) 525-41-30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng edərək,  [email protected] elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.