Xaçmazda iki yük avtomobili toqquşdu: ölən və ağır yaralılar var - YENİLƏNİB

Gəndob-Yalama avtomobil yolunda, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisindən baş verən qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Sabahinfo.az xəbər verir ki, qəza nəticəsində Üzeyir Novruzov aldığı xəsarətlərdən dünyasını dəyişib. Xəsarət alan Cavid Qonaqbəyov və Balakişi Məmmədova Xaçmaz rayon Mərkəzi Xəstəxanasında yardım göstərilib.

Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

...

16:28

Xaçmaz rayonunun Mürşüdoba kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabahinfo.az xəbər verir ki, “Ford” markalı yük avtomobili iki qoşqulu “Mercedes” markalı yük avtomobilli ilə toqquşub.

Şəxsiyyətləri hələki dəqiqləşdirilən ağır dərəcəli xəsarətlər alan üç nəfər şəxs Təcili Tibbi Yardım briqadalarının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.