Xalq qalib Lider İlham Əliyevə səs verəcək!

Xızı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Xızı rayonunun Baxşılı kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Milli Məclisin deputatı Müşfiq Məmmədli, təşviqat qrupunun üzvü Həbib Kərimov çıxış edib.    Natiqlər vətəndaşları dövlətimizi daim inkişafa aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.