Xalqın etimadını doğruldan LİDER

Azərbaycanda seçki mədəniyyəti artıq formalaşıb. Prezident seçkiləri, Parlament və bələdiyyə orqanlarına keçirilən seçkilərdə artan seçici fəallığı bunu deməyə əsas verir. Üstəlik seçkilərin şəffaf və demokratik mühitdə keçirilməsi istiqamətində əldə olunan təcrübə demokratik göstəricilərdən xəbər verir. 2018-ci ildə keçirilən Prezident seçkiləri də Azərbaycanımız üçün ələmatdar seçki kimi tarixə düşüb. Belə ki, seçicilərin yüksək etimadını qazanan Cənab Prezident İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Sözün həqiqi mənasında geridə qalan müddət ərzində Cənab Prezident tərəfindən həyata keçirilən uğurlu siyasətə nəzər salanda aydın olur ki, xalq düzgün seçim edib və bu seçim bizi uğurlara aparır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xəttini Azərbaycan vətəndaşı, hər bir vətəndaşa xidmət təşkil edir. Dövlət başçısı istər televiziya müsahibələrində, istərsə də yeni kadrların təyinatı zamanı onları qəbul edərkən vətəndaşlara müraciət edir. Qeyd edir ki, məmur-vətəndaş münasibətində neqativ hallarla bağlı vətəndaşlar aidiyyatı qurumlara müraciət etməkdən çəkinməməlidir. İctimai nəzarət mexanizmi işlək olmalıdır.

Şamaxıda baş verən təbii hadisə zamanı bu rayona səfər edən Dövlət başçısının yaşlı şamaxı sakini, ağbirçək ana ilə görüşünü yəqin heç kim unutmayıb, eləcədə şəhid ailələri ilə görüşən zaman şəhid valideyninə Dövlət başçısının göstərdiyi diqqət və qayğı, həyəcandan halı pisləşən şəhid valideyni ilə bir başa özünün maraqlanması, ona köməklik eləməsi dövlət başçısı İlham Əliyevin şəxsi keyfiyyətllərindən xəbər verir.

Ötən günlərdə Milli Məclisin iki komitəsinin birgə iclasının Şuşa şəhərində gerçəkləşdirilməsi də 30 ildən artıq müddət ərzində daxilimizdə yaşatdığımız bir arzunun reallaşmasına vəsilə oldu. Bütün bunlar isə İlham Əliyevin siyasi lider kimi əldə etdiyi qələbələrin fonunda baş tutur. Şəhid və qazi qardaşlarımızın ruhları qarşısında baş əyərək qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun İlham Əliyev kimi prezidenti var.

Cənab Prezident düşünülmüş və məqsədyönlü siyasət həyata keçirməklə ölkəmizi və xalqımızı həm yerli, həm regional, həm də qlobal bəlalardan qoruyur. Bu bəalardan minimum itki iə çıxmağımıza səbəb olur.

Uzağa getməyə ehtiyac yoxdur. Qlobal maliyyə böhranı hər kəsin yadındadır. Bu böhran zamanı bir çox ölkələr ciddi iqtisadi təzyiqlərlə qarşı-qarşıya qalmışdı. Hətta iş yerləri bağlanır, vətəndaşların sosial rifah-halı pisləşirdi. Belə olan halda Azərbaycanda bu böhran minimum itkilərlə yadda qaldı. Pandemiya, post-pandemiya dövründə də atılan analoji addımlar nəticəsində Azərbaycan dünyada ən az itki ilə çıxan ölkələr arasındadır.

Bütün bunların fonunda Cənab Prezidentin Azərbaycana rəhbərliyini Azərbaycanın qızıl dövrü kimi qiymətləndirmək lazımdır. Bu dövrdə artan iqtisadi qüdrətimiz bir sıra layihəərin reallaşmasına səbəb olub. Artıq Azərbaycan nəinki özünü hətta Avropanı belə mavi yanacaqla təmin edir, ökəmiz yükdaşıma sahəsində loqistik mərkəzə çevrilib. Avropa ilə yanaşı Asiyanın əmtəə və digər məhsullarla təminatında Azərbaycan əhəmiyyətli pay sahibidir.

Təhlükəsizlik dünya siyasətində önəmli məsələlərdən biri və birincisidir ki. Bu istiqamətdə də Azərbaycanda yüksək nəticələr əldə olunub. Belə ki, Daxili təhlükəsizliyimiz yüksək səviyyədə qorunur, siyasi prializm, söz azadlığı, demokratik dəyərlərin qorunması, bu dəyərlərin inkişaf etdirilməsi və ən əsası hər bir vətəndaşın hüquq və azadlığının təmini istiqamətində mühüm işlər görülür.

Mahir Abbaszadə

Milli Məclisin deputatı