Xalqını qələbədən qələbəyə aparan qalib Liderlə irəli!

Ağsuda seçicilərlə görüş davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Ağsu rayonunun Bico və Gəgəli kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, təşviqat qrupunun üzvləri Camaləddin Zeynalov, Elnur Fərzəlizadə və Tahir Xası çıxış ediblər.

Görüşlərdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən geniş bəhs edilib. Vurğulanıb ki, Prezident cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirərək, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib.

  Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.