"Yaşı altmışdan yuxarı olan şəhid valideynləri evlə təmin olunmalıdır"

“Bu məsələni 4 ildir deyirəm, ancaq həll edilmir”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin evlə təmin edilməyən ailələri var. Onun sözlərinə görə, eləsi var ki, artıq ata-anası ölüb: 

"Yaşı altmışdan yuxarı olan şəhid valideynləri təcili evlə təmin olunmalıdır, gənclər gözləyə bilər. Bu məsələ önə salınmalıdır".