Yevlaxda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-də Yevlax rayonunun İrəvanlı qəsəbəsi, Yuxarı Qarxun, Qaraoğlan və Yenicə kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, təşviqat qrupunun üzvləri Vüqar Nəbiyev, Minnət Mürsəlov, Əlirza Abdullayev və Ariz Mikayılov çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral seçki günü öz hüquqlarından istifadə edərək, fəal olmağa və müzəffər xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.