Zaxarova: “Azərbaycan sülh danışıqlarına hazır olduğunu təsdiqləyib”

“Bakı hər zaman İrəvanla sülh danışıqlarına hazır olduqlarını təsdiqləyib”.

Sabahinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Moskvada və üçüncü ölkələrdə keçirilən çoxtərəfli tədbirlər çərçivəsində görüşmək üçün dəvətlər göndərmişik. Bakı həmişə danışıqlara hazır olduğunu təsdiqləyib. Təəssüf ki, eyni sözü Ermənistan haqqında deyə bilmərik”, - o bildirib.