12 yaşlı uşaq itkin düşdü

Bakı şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsinin sakini itkin düşüb.

Sabahinfo.az xəbər verir ki, itkin düşən şəxsin 12 yaşı var.

Belə ki, sözügedən qəsəbədə yaşayan 1986-cı il təvəllüdlü İmranova Səbinə İmran qızı sentyabrın 26-da Suraxanı RPİ-nin 30-cu PŞ-nə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan 2011-ci il təvəllüdlü oğlu Rzayev Fuad Əliyusif oğlunun 26.09.2023-cü il tarixdə saat 16 radələrində yaşadıqları evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.