13 yaşlı qız bu səbəbdən evdən qaçdı

"Ötən gün 13 yaşlı qız Azərbaycan Uşaqlar Birliyinə yerləşdirilib".

Sabahinfo.az  xəbər verir ki, bu barədə Birliyin sədri Kəmalə Ağazadə məlumat paylaşıb.

O bildirib ki, ilkin məlumata görə, qızın anası dördüncü dəfə ərə getdiyi üçün o evdən qaçıb:

"Uşağın ilkin qiymətləndirilməsində zob xəstəliyindən əziyyət çəkməsini müəyyən etdik. Bir çox hallarda tiroid problemləri əsəb sarsıntıları ilə bağlı olur", - deyə K.Ağazadə qeyd edib.