19 yaşlı model evində ölü tapıldı

Serbəsilli amerikalı model Miryana Puxar evində ölü tapılıb. "Amerikanın top modeli” yarışmasından tanınan 19 yaşlı model güllələnib. Miryana ilə yanaşı, birlikdə yaşadığı sevgilisi Conatan Alvarado ilə dostu Xusmar Qarsiya da qətlə yetirilib.  Onları 19 yaşlı digər dostları Emmanuel Xesus Rangelin öldürdüyü ehtimal edilir. Emmanuel daha əvvəl narkotik istifadəsinə görə həbsdə olub. Cinayətin də məhz narkotik maddə üzündən törədildiyi iddia edilir.