"50 yaşım var, bundan sonra nə evlilik" - Faiq Ağayev

Xalq artisti Faiq Ağayev  "Söz-baz" proqramına qonaq olub. 

Sabahinfo.az xəbər verir ki, sənətçi verilişdə  ailə qurmamasından danışıb. 

"Sevgi hər zaman ailəyə gətirmir. Elə sevgi var ki, səni dəli edir, gözünü bağlayır, ailə nədir, özünü yaddan çıxarırsan. Bu sənətdə olmasaydım, ailə tez olacaqdı. Yaxşı ki, bu sənətdəyəm. Ailəcanlıyam. Hay-hayım gedib, vay-vayım qalıb. 50 yaşım var, bundan sonra nə evlilik", - deyə  ifadə  edib. 

Qeyd edək ki, F.Ağayev bir dəfə evli olub. Nigar adlı xanımla ailəli olan Ağayev cəmi 2 il evli qalıb.