Azərbaycan Respublikasına- Naxçıvan Muxtar Respublikasının ərazisinə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücum dic qonşuluq və beynəlxalq hüquq normaları tərəfindən qəbuledilməz terror aktıdır.Bu hücum Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş açıq təxribatdır.
Mülki obyektlərin – xüsusilə də vətəndaşların istifadə etdiyi infrastrukturların hədəfə alınması beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır və bu addım regionda gərginliyin artırılmasına xidmət edir. Bu cür xəyanətkar əməllər nə hərbi, nə də siyasi baxımdan əsaslandırıla bilməz və dinc əhaliyə qarşı yönəlmiş təhlükəli presedentdir.
Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında məsələ ilə bağlı prinsipial mövqe ortaya qoyaraq baş vermiş hadisəni,Azərbaycanın ərazisinə qarşı terror aktı kimi qiymətləndirib. Dövlət başçısı çıxışında hücumun mülki obyektləri – Naxçıvan Beynəlxalq Hava Limanını və digər infrastrukturları hədəfə aldığını xüsusi vurğulayıb.
Azərbaycan dövləti hər zaman qonşuluq münasibətlərinə sadiq olub, regionda sülh və sabitliyin tərəfdarı kimi çıxış edib. Hətta çətin məqamlarda belə Azərbaycan humanist mövqe nümayiş etdirərək qonşu ölkələrə dəstək göstərib. Bu baxımdan baş verən hadisə xüsusilə təəssüf doğurur və regionda etimad mühitinə ciddi zərbə vurur.
İran tərəfi baş vermiş hadisə ilə bağlı dərhal aydın və əsaslandırılmış izahat verməli, məsul şəxslər müəyyənləşdirilərək cəzalandırılmalı və Azərbaycan tərəfindən üzr istənilməlidir. Gələcəkdə belə halların təkrarlanmaması üçün konkret tədbirlər görülməlidir.
“Azərbaycan heç vaxt başqa dövlətlərə qarşı təhdid siyasəti yürütməyib və ölkəmizin ərazisindən heç bir dövlətə qarşı təhlükə olmayıb. Lakin dövlətimizin suverenliyinə və vətəndaşlarımızın təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı addım cavabsız qalmayacaq. Azərbaycan dövləti beynəlxalq hüquqa uyğun olaraq öz təhlükəsizliyini təmin etmək və adekvat cavab tədbirləri görmək hüququnu özündə saxlayır”.
Müşfiq Məmmədli
Milli Məclisin deputatı