Adil Əliyev seçiciləri ilə görüşüb

Bakı şəhərinin Nərimanov rayonu ərazisində "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və Yeni il münasibətilə şəhid ailələri, qazilər, eləcə də yaşayan seçicilərlə görüşdük. Görüş zamanı Ulu öndər Heydər Əliyev tərəfindən 31 dekabr gününün Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan etməsindən, bu addımı atmaqla Ulu öndər ümummilli birliyimizə böyük töhfə verməsini qeyd etdim. Eləcə də, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qərbi Azərbaycanlıların öz doğma yurdlarına və tarixi vətənlərinə qayıtması məsələsini və Cənubi Azərbaycanlıların mədəni hüquqlarının qorunmasının vacibliyini bəyan edərək həmrəyliyimizin inkişafına xidmət etməyin hər birimizin borcunun olmasını qeyd etdim. Həmrəylik günü və yeni il münasibəti ilə təbrik edib, uğurlar arzuladıq. Bayramlar münasibətilə sovqatlar paylandı.

Adil Əliyev
Milli Məclisin deputatı