Ağdam yeni inkişaf dövrünə qədəm qoyub

“İşğaldan azad olunan ərazilərdə beynəlxalq Forumların keçirilməsi qürur doğurur. Bir zamanlar işğal altında olan, erməni vandalalrı tərəfindən yerlə yeksan olunan ərazilərdə artıq dünyanın bir sıra ölkələrindən nümayəndələr gəlir, onlar bu vəhşiliyi öz gözləri ilə görürlər”. Bunu YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı Mətanət Səfərli deyib.

Onun sözlərinə görə, BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Milli Şəhərsalma Forumunun açılış mərasiminin Ağdamda keçirilməsinin xüsusi əhəmiyyəti var.
Onun sözlərinə görə, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Forumun iştirakçıları Ağdamda erməni vandalizminin əyani şahidi olmaqla yanaşı bu rəazilərdə Azərbaycanın həyata keçirəcəyi layihələr barəsində ətraflı məlumat alıblar.
M.Səfərli qeyd edib ki, 30 ildən artıq düşmən tapdağı altında olan Ağdam təmamilə dağıdılıb: “Ağdam rayonu yerləşdiyi coğrafi mövqeyinə görə hər zaman öndə olub. Orada bir sıra mədəni, tarixi abidələr eyni zamanda böyük ticarət obyektləri olub ki, bəzən digər rayonlardan bura alış-veriş eləmək üçün insanlar gəlirdi. İşğal dövründə bizim məscidlərimizdə heyvan saxlanılıb. Məscidlərimiz təhqir olunub. Müzəffər Ali Baş Komandan və Yenilməz Ordumuz sayəsində nəinki onların etdikləri bu əməllə bundan öncəki qətliyamların qətiyyətli cavabları verilib. Ağdam artıq yeni mərhələyə qədəm qoyur. Yaxın vaxtlarda Zəngilana olduğu kimi Ağdama da sakinlərin köçürülməsinə başlanacaq. Onu da qeyd edim ki, bu regionda açılan Beynəlxalq Hava Limanları Ağdamın inkişafına xüsusi təsir göstərəcək”.
M.Səfərli onu da qeyd edib ki, düşmən təxribatları davam edir, bu təxribatlar nəticəsində itkilərimiz var. Ordumuz isə baş verən təxribatların qarşısını qətiyyətlə alır. Anacaq ən böyük təxribat mina təxribatıdır. Bu yöndə Ermənistan öz öhdəsinə götürdüyü məsələlərə diqqət yetirməlidir: “Düşmən işğal altında olan ərazilərimizi minalayıb. Mina xətirələri Azərbaycan tərəfinə təqdim olunsa da torpaq altında yatan təhlükə daim aktiv olaraq qalır. Demək olar ki, günaşırı biz elektron KİV-lərdə izləyirik ki. işğaldan zad olunan ərazilərdə mina partlayıb. Xəsarət alanlar var. Ermənistan sülh və digər məsələlərdə olduğu kimi mina məsələsində də səmimi olmalıdır. Minaların düzgün xətirələri Azərbaycana təhvil verilməlidir. Bunun üçün beynəlxalq birliyin Ermənistana təzyiqləri davam etməlidir”.
YAP əməkdaşı onu da bildirib ki, minaların axtarılması ilə bağlı Azərbaycan bir sıra qurumlarla əməkdaşlıq edir. Bu yöndə ciddi iş aparılır.