Ağdamda 21 yaşlı kişi itkin düşüb

Ağdam rayonunda 21 yaşlı kişi itkin düşüb.

Sabahinfo.az-ın məlumata görə, hadisə oktyabrın 8-də rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 2001-ci il təvəllüdlü Rüstəmov Nurlan Vidadi oğlu yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.(report)