Ağdamda Milli Məclisin komitə iclası keçirilsin - TƏKLİF

"Parlamentin bir neçə iclası Şuşada keçirilib. Ağdam şəhəri də yenidən qurulur. İstəyim odur ki, Ağdamda da komitə iclası keçirək".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Aqil Abbas deyib.

Deputat Milli Məclis sədrindən xahiş edib ki, parlamentin komitə iclaslarından bəzilərinin Ağdamda keçirilməsi təşkil edilsin.

Spiker Sahibə Qafarova deputatın bu təklifinə müsbət yanaşıb: “İnşallah, nəinki Ağdamda, eləcə də Qarabağın digər guşələrində də iclaslarımızı keçirərik”.