Alpaqut Turan Döyüş Sənəti üzrə Azərbaycan kuboku başa çatdı

1-2 Aprel 2023-cü il tarixində  Abşeron Olimpiya İdman Kompleksində Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə, Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən Alpaqut Turan Döyüş Sənəti üzrə Azərbaycan kuboku başa çatdı.

Yarışın rəsmi açılış mərasimində fəxri qonaqlar sırasında Gənclər və İdman Nazirliyinin sektor rəisi Aydın Məmmədov, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov, Beynəlxalq Turan Oyunları Komitəsinin sədri Fərid Əlizadə, Dünya Alpaqut Federasiyası İdarə heyyətinin üzvləri Emil Rəhimov, Fərhad Əliyev, DAF Azərbaycan Nümayəndəliyinin prezidenti Qüdrət Nuriyev və vitse-prezident Nuranə Şıxəliyeva, Dünaya Döyüş Növləri Oyunları Komitəsinin Azərbaycanda səlahiyyətli nümayəndəsi Barat Orucov  və ölkədə fəaliyyət göstərən federasiya və idman təşkilatlarının rəsmiləri, qazilər, media nümayəndələri iştirak edib.

Abşeron Olimpiya İdman kompleksində baş tutan Respublika Kubokunda ölkənin 40-a yaxın filialından 300-ə yaxın idmançı Alpaqut Döyüş Sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut  sistemləri üzrə yarışaraq öz güclərini sınadılar.

Komandaların nəticələrini aşağıda diqqətinizə təqdim edirik.

Ayça sistemi üzrə:

1-ci yer Sabunçu

2-ci yer Suraxanı

3-cü yer Ağdam

Batur sistemi üzrə:

1-ci yer Ağdam

2-ci yer Laçın

3-cü yer Şəmkir

Çaymaz sistemi üzrə

1-ci yer Sabunçu

2-ci yer Ağdam

3-cü yer Harun DK

Qurşaq sistemi üzrə

1-ci yer Yasamal

2-ci yer Laçın

3-cü yer Fatmayi İK

Tədbir zamanı, Alpaqut üzrə Hakimlərə dərəcələr təqdim edildi. Təqdimatı Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Gənclər və İdman Nazirliyinin sektor rəisi Aydın Məmmədov və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov təqdim edərək hakimlərə uğurlar arzuladılar.