Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Kəngərli kəndində vətəndaşları qəbul edib. Qəbulda millət vəkili ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov iştirak edib.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, pay və həyətyanı torpaq sahələrinin suvarılması, maddi yardım, ünvanlı sosial yardım, içməli su ilə təmin olunma və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
Onların müraciətləri Anar Məmmədov tərəfindən diqqətlə dinlənilib, deputat sorğularının göndəriləcəyi, vətəndaşların problemlərinin həlli üçün aidiyyəti orqanlar qarşısında məsələlərin qaldırılacağı vurğulanıb, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.